Dağıstanda Şəki sakinini avtomobil vuraraq öldürüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Mahaçqala şəhərində baş verib.
Şəki rayon Orta Zəyzid kənd sakini, 1982-ci il təvəllüdlü Asim Rasim oğlu Nəbiyevi Mahaçqala şəhərində yolu keçmək istəyərkən avtomobil onu vurub. A.Nəbiyev hadisə yerindəcə ölüb.
Məlumata görə, ailəli və 2 uşaq atası olan Asim Nəbiyev bir müddət öncə Mahaçqala şəhərinə işləmək üçün gedib.


Şərhlər