Menu

İsrail ordusu Livandakı terror hücrələrinə zərbələr endirib

23.10.2023, 09:12
İsrail ordusu Livandakı terror hücrələrinə zərbələr endirib

İsrail hərbçiləri Livan ərazisində “Hizbullah” təşkilatı ilə əlaqəli iki radikal hücrəyə zərbələr endiriblər.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Hizbullah” terror qruplaşmasının hücrələri atəş açmamışdan öncə zərərsizləşdirilib:

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Livan ərazisində iki “Hizbullah” terror yuvasını müəyyən edib. Onlardan biri Mattat ərazisində olub və İsrail ərazisinə tank əleyhinə raketlər atmağı planlaşdırıb. Digəri Har-Dov dağının yaxınlığında yerləşirdi və raket atmağı planlaşdırırdı”,-deyə, məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol