Menu

“HƏMAS silahlarını yerə qoymasa, Qəzzada yerüstü əməliyyat qaçılmaz olacaq” - İsrail MN

23.10.2023, 11:00
“HƏMAS silahlarını yerə qoymasa, Qəzzada yerüstü əməliyyat qaçılmaz olacaq” - İsrail MN

İsrail Müdafiə Ordusunun sözçüsü Conatan Konrikus bildirib ki, HƏMAS “şərtsiz təslim olarsa” İsrail ordusu Qəzzanı işğal etməyəcək və müharibə bitəcək.

“AzPolitika.info” İsrail mətbuatına istinadla xəbər verir ki, Konrikus bu barədə ABC telekanalına müsahibəsində bildirib.

“Əgər HƏMAS gizləndikləri sığınacaqlarından çıxsa, girovlarımızı - 212 nəfərin hamısını geri qaytarsa və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitər. Lakin bunu etməyəcəklər. Odur ki, İsrail ordusu Qəzzada yerüstü əməliyyatı keçirməlidir”, - o deyib.

İsrail ordusunun sözçüsü quru hücumunun niyə gecikdirildiyinə cavab verməyib, bunun əvəzinə İsrail qüvvələrinin “Həması tamamilə məhv edəcəyini” bildirib.

O, həmçinin qeyd edib ki, insanlar öz əxlaqlarına görə tərəf tutmalıdırlar.

“Əgər siz terrorçuların və ya İsrailin tərəfində olmaq istəyirsinizsə, bu sizin seçiminizdir”.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol