Menu

Gürcüstanın hakim partiyası prezident üçün yeni "cəza" düşünüb

23.10.2023, 13:50
Gürcüstanın hakim partiyası prezident üçün yeni "cəza" düşünüb

“Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze bildirib ki, parlament çoxluğu ilə impiçment elan edilə bilməyən Gürcüstan prezidenti Salome Zurabişvili ilə bağlı müəyyən rituallara əməl etməyəcək.

"AzPolitika.info" bu barədə Gürcüstan KİV-nə istinadla xəbər verir.

Kobaxidze bildirib ki, Salome Zurabişvili Konstitusiyanı pozan məmurdur: “Əlbəttə ki, əvvəllər etdiyimiz ritualları, məsələn, parlamentin iclas zalına girəndə ayaq üstə salam vermək və s. yerinə yetirmək bizim üçün çətin olacaq. Zurabişvili “yalnız formal prezidentdir”, ona görə də “belə rituallar keçirilməyəcək”.

Xatırladaq ki, Zurabişvilinin parlamentdə impiçmenti uğursuz oldu - “Gürcü arzusu” lazımi 100 səsi toplaya bilmədi. Zurabişvilinin istefasını 86 deputat dəstəkləyib, 1 deputat əleyhinə səs verib.

Gürcüstan parlamentinin qaydalarına görə, bundan sonra prezidentə ikinci dəfə impiçment elan edilə bilməz.Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol