Fransa hakimiyyəti bomba təhlükəsi ilə bağlı artan məlumatlarla əlaqədar hava limanlarında və qatar stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.
"AzPolitika.info" bu barədə «Deutsche Welle»yə istinadla xəbər verir.
Paris hava limanlarında təhlükəsizliyə cavabdeh olan patrulların sayı 40 faiz, SNCF milli dəmir yolu şirkətinin heyəti isə qatar stansiyalarında mövcud olan polis patrullarına əlavə olaraq 20 faiz artırılacaq,
Fransanın nəqliyyat naziri Klement Bon qeyd edib ki, yalançı bomba xəbərləri "xırda zarafat deyil, ciddi cinayətlərdir" və araşdırılacaq.
Fransa oktyabrın 13-də Arras şəhərində 20 yaşlı çeçenistanlı gəncin bir məktəb müəllimini bıçaqladıqdan sonra mümkün hücumlara qarşı "həddindən artıq ehtiyatlı" vəziyyətə gətirilib. .
Oktyabrın 22-də Paris yaxınlığındakı Versal sarayında qonaqlar son səkkiz gündə yeddinci dəfə “təhlükəsizlik məqsədilə” təxliyə edilib. Versal yoxlamadan iki saat sonra yenidən açılıb.
Rüfət
AzPolitika.info


Şərhlər