Menu

Azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub

23.10.2023, 14:41
Azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub

Keçən üç il müddətində işğaldan azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub və quruculuq, bərpa işləri davam etdirilir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.

O bildirib ki, hazırda qarşıdakı müddətdə işğaldan azad edilmiş ərazilərə əhalinin köç prosesi davam etdiriləcək:

"Aparılan bərpa-quruculuq işləri bizim qarşımızda profillərə uyğun missiyalar qoyur. Bu şərəfli işin həyata keçirilməsində hər birimizə uğurlar arzulayıram".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol