Menu

“General SVR” Putinin vəziyyətinin pisləşdiyini yazır – “Yataq otağında qəfil yıxılıb”

23.10.2023, 16:10
“General SVR” Putinin vəziyyətinin pisləşdiyini yazır – “Yataq otağında qəfil yıxılıb”

“Bazar günü iqamətgahlarından birində olan Rusiya Prezidenti Vladimir Putinin axşam saatlarında vəziyyəti pisləşib. O, yataq otağında olarkən qəfildən yerə yıxılıb və böyük sarsıntı keçirib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Putinə yaxın mənbələri olduğu iddia edilən “General SVR” “Telegram” kanalı məlumat yayıb. Bu kanal Ukrayna müharibəsi başlayandan sonra populyarlaşıb və vaxtaşırı Rusiya hakimiyyətinə dair sensasiyalı məlumatlar yaymaqla diqqəti çəkir. 

Məlumata görə, yerdə uzanıqlı vəziyyətdə olan Putini öncə təhlükəsizlik xidmətinin əməkdaşları tapıblar və dərhal həkimləri çağırıblar. “Dünən Moskva vaxtı ilə saat 21:05 radələrində təhlükəsizlik işçiləri Prezidentin yataq otağından səs-küy gəldiyini eşidiblər. İki təhlükəsizlik əməkdaşı dərhal Prezidentin yataq otağına daxil olub və Putinin çarpayının yanında yerdə uzandığını görüblər. Yemək və içkilərin olduğu masa da aşıb. Yəqin ki, Putin yıxılan zaman stolu da aşırıb. İqamətgahın növbətçi həkimləri dərhal Putinin otağına gəliblər. Həkimlər Prezidentin ürəyinin dayandığını biləndən sonra ona ürək masajı icra ediblər. Vaxtında yardım göstərilib və Putinin ürəyi yenidən işə salınıb” – deyə kanal qeyd edib.

Həmçinin qeyd olunub ki, Putin bundan sonra ən müasir tibbi avadanlıqların olduğu otağa köçürülüb. Onun vəziyyətinin nisbətən stabilləşdiyi və hazırda daimi həkim nəzarəti altında olduğu bildirilir.

Teleqram kanalın bu məlumatını Ukrayna KİV-ləri, o cümlədən ciddi resurslar tirajlayırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol