“Vaşinqton Qəzzadakı münaqişənin İsrail və Livanda yaşayan yüz minlərlə ABŞ vətəndaşının həyatına təsir edəcəyindən ehtiyat edir. ABŞ administrasiyası İsraildə 600 min, Livanda isə 86 min vətəndaşın mümkün təxliyəsi üçün planlar hazırlayır”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri məlumat yayıb.
Anonimlik şərti ilə “Washington Post”-a danışan səlahiyyətlilər, bu miqyasda bir evakuasiyanın “ən pis ssenari” hesab edildiyini vurğulayıblar.
Nəşr qeyd edir ki, ABŞ administrasiyasını narahat edən əsas məsələ HƏMAS-dan çox, şimal istiqamətindən İsrailə hücum etməyə başlayan “Hizbullah”dır.
Adı açıqlanmayan rəsminin verdiyi açıqlamaya görə, “Hizbullah”ın hücumlarının iki cəbhəli müharibəyə səbəb ola biləcəyindən narahat olan ABŞ rəhbərliyi işlərin nəzarətdən çıxacağından çox narahatdır.
“AzPolitika.info”

Şərhlər