“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də kadr islahatları davam edir. "Qaynarinfo"-nun əldə etdiyi məlumata görə, QSC-nin vitse-prezidenti Eldar Hacıyev də vəzifəsindən azad olunub.
O, 2015-ci ildən bu vəzifəni tuturdu. Eldar Hacıyev AZAL-ın rəhbərliyinə təyinat almazdan əvvəl “Silk Way” şirkətinin vitse-prezidenti, eyni zamanda AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsində çalşıb.
AZAL-ın rəsmi veb-səhifəsində də Eldar Hacıyevin adı rəhbərliyin siyahısından çıxarılıb.
QSC-nin Mətbuat Xidmətindən bildirilib ki, Eldar Hacıyev öz istəyi ilə bir neçə aydır qurumdan ayrılıb.
Xatırladaq ki, cari ilin sentyabr ayının 1-də Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2008-ci ildə təyin olunmuşdu. Ondan əvvəl - 1996-2008-ci illərdə isə Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru olub.
Cahangir Əsgərovun işdən çıxarılmasından sonra AZAL-da kadr islahatlarına start verilib.

Şərhlər
Hər kəsə bəllidir ki, ölkəmizdə indiki idareetmə sistemi həddindən artıq köhnəlib. Bunu Ölkə Başçısı, çıxışlarında özü də bir zad dilə gətirib. Ona görə də mövcud sistemlə aparılan kadr islahatları nə yazıq ki, bütün hökümət strukturlarında dövlətin bütün sahələrdə qarşıya qoymuş olduğu hədəflərə ulaşmaqda zorlanır. Ən pisi isə Ölkə Başçısının yüksək postlara gətirdiyi yüksək ranqlı məmurların da çatan kimi öncə rəhbərlik edəcəyi qrumlarda ağına- bozuna baxmadan daxildə “kadr islahatdlarına ” başlamasıdır. Əslində buna kadr islahatı da demək olmaz, sadəcə o da öz yaxın adamlarını yerləşdirməyə başlayır. Hansı i, onlar gələn kimi oz yeni yanaşmaları və strategiyaları ilə tabeliyində olan qrumu işlək bir nexanizme çevirmək əvəzinə, yuxarıda da qeyd etdiyim kimi başlayırlar qrumdakı təcrübəli kadrları yeniləri ilə əvəz etməyə. Bu da bütün dövlət strukturlarında çalışan memur ordusunda (bu məmur ordusunun çoxluğu da başqa bir mövzunun söhbəti) böyük bir ümidsizliyə yol açmış olur. Yəni məmur işə kilidlənmək əvəzinə başlayır əsas fikirini ona yönəltməyə ki, görəsən mən işdə qalacam ya, yox. Əksər strukturlarda bu (daxili kadr islahatıarı) ad altında gətirilən kadrların əksəriyyəti isə təcrübəsiz olurlar ki, bu da həm strukturdakı işin keyfiyyətini yəni məhsuldarlığını aşağı salmış olur və həm də əhali arasında böyük məyyusluq yaratmış olur. Məsələn əhali ilə ən çox təmasda olan Əmık və Əhalinin Sosial Müdafiəsi nazirliyində bu hal daha dözülməsdir. Bunu o qruma işi düşən və sorğu veren insanlar daha yaxşı bilirlər. Başqa birisi, cənab Prezident bir Kənd Təsərrüfat Naziri təyin etmişdi. Heydər Əsədov. İşlədiyi dövrün 3-4 ilini yalnız bir fəaliyyəti oldu o da “kadr islahatı”. Nə qədər o sahədə təcrübəli kadrlar var idi hamısı oradan uzaqlaşdırıldı. Sonra gələn də həmçinin. Axırı da bu metodla oranı bərbad vəziyyətə qoyub getdilər. O ki qaldı Azala adama deyərlər gəlmisən uçuşlarda və avia biletlerin qiymətlərinin aşağı salınması ilə yönündə o sahədə daha mütereqqi mexanizmilər üzərində çalş. Yoxsa bu da əsas fəaliyyətini kadrların dəyişməsi ilə başladısa yandıq ki, nə yandıq. İnşallah ölkə uzağı gələn ilin payızına kimi, konstitusiyada köklü deyişiliklere gedib, indiki yarımçıq doğulmuş Parlamenti buraxıb, referenduma ve yeni seçgilere gedib sistemi deyişer. Çünki, bu məsələdə çox gecikdik.