Menu

İraqdakı ABŞ hərbi bazası raket atəşinə tutulub

25.10.2023, 08:55
İraqdakı ABŞ hərbi bazası raket atəşinə tutulub

İraqın qərbindəki Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd hərbi bazasına raket zərbəsi endirilib.

"Report"un məlumatına görə, bu barədə mənbəyə istinadən "AlHadath" telekanalı məlumat yayıb.

Dağıntıtar və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, bir gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə hərbi bazalarına hücumları müzakirə edib.

Blinken Baş nazirdən hücumların arxasında duranların mühakimə olunmasını və İraqın bu ərazilərdə təhlükəsizliklə bağlı öhdəliklərinin yerinə yetirilməsini təmin etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol