Menu

Gəncədə nənənin küçəyə atdığı uşaqlar Bakıdakı körpələr evinə göndərilib

26.10.2023, 10:35
Gəncədə nənənin küçəyə atdığı uşaqlar Bakıdakı körpələr evinə göndərilib

Gəncə şəhərində nənənin küçəyə atdığı qardaş və bacısı Bakı şəhərində yerləşən körpələr evinə göndərilib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2 yaşlı oğlan və 3 aylıq körpə qız aidiyyəti nümayəndələr tərəfindən Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından çıxarılaraq Bakı şəhərində yerləşən körpələr evinin birinə aparılıb.

Xatırladaq ki, Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi qərarına gəlinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol