İsrailin blokada altındakı Qəzza zolağında həyata keçirəcəyi mümkün quru əməliyyatı ilə bağlı maraqlı bir iddia ortaya atılıb.
"AzPolitika.info" xəbər verir ki, "Middle East Eye" nəşri iddia edib ki, İsrail Qəzzadakı tunellərdə sinir qazından və kimyəvi silahlardan istifadə etməyi planlaşdırır.
Plana görə, İsrail sinir qazı və kimyəvi silah kimi beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edərək mütləq qələbə əldə etmək niyyətindədir.
Xəbərdə bu iddianın ABŞ və ya müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi vurğulanıb.
"AzPolitika.info"


Şərhlər