Menu

Qəzzada yerüstü reydlər: Onlarla HƏMAS hədəfi vuruldu (Yeniləndi)

27.10.2023, 12:44
Qəzzada yerüstü reydlər: Onlarla HƏMAS hədəfi vuruldu (Yeniləndi)

Ötən gecə İsrail ordusunun piyada, mühəndis və zirehli qüvvələri Qəzza zolağının mərkəzinə daxil olub və onlarla Həmas hədəfini vurub.

“AzPolitika.info” bu barədə «Jerusalem Post»a istinadlla xəbər verir.

Reyd zamanı İDF aviasiyası və artilleriyası tank əleyhinə raket qurğuları və əməliyyat qərargahı da daxil olmaqla Həmas hədəflərinə zərbələr endirib.

İsrail qüvvələri basqının sonunda bölgəni tərk edib, hərbçilərdən xəsarət alan olmayıb.

Rüfət

AzPolitika.info

***

İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub.

“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir.

Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar və “HƏMAS-la terrorçu hədəflərə” qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.

Şərhlər

dadaşyev 2023-10-27 12:57:28

Gecə basqın edib qaçıblar yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol