“Co Baydenin yaşı ölkə üçün təhlükə yaradır”.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Konqresinin aşağı palatasının yeni sədri, ABŞ konstitusiyasına görə ölkənin Prezident və Dövlət katibindən sonra üçüncü şəxsi olan Mayk Conson “Fox News” kanalına verdiyi müsahibədə belə deyib.
Conson hesab edir ki, amerikalıların əksəriyyəti Baydenin əqli imkanlarının azaldığını düşünür: “Bu, şəxsi çatışmazlıq deyil. Ancaq bu, yaşla və düşüncə qabiliyyətilə bağlıdır. Bütün insanlar müxtəlif cür qocalırlar. Bizi narahat edən odur ki, indi bizim dünya arenasında öz zəifliyimizi nümayiş etdirməyimizin zamanı deyil. İndi təhlükəli dövrdür – dünya barıt çəlləyidir”.
Nümayəndələr Palatasının sədri əlavə edib ki, Baydenin prezidentliyi uğursuzluğa düçar olub.
“AzPolitika.info”


Şərhlər
Heç bir dövlət liderinin ahıl yaşı təhlükə olmamalıdır? Yənii, liderin ətrafı 1966-67ci illərdə, 1974cü ildəki və 1986-88ci illərdəki Kreml lideri və ətrafı kimi satqın olmazsalar, heç bir təhlükə olmaz?