Menu

Azərbaycan və Türkiyə ilə yolların açılması üçün bütün addımlar atılmalıdır - Simonyan

27.10.2023, 17:08
Azərbaycan və Türkiyə ilə yolların açılması üçün bütün addımlar atılmalıdır - Simonyan

Ermənistan regionun ticari-iqtisadi əlaqələrindən kənarda qala bilməz.

APA “Armenia Today” xəbər portalına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

Simonyan bildirib ki, Azərbaycan və Türkiyə ilə yolların açılması üçün bütün addımlar atılmalıdır, çünki yalnız bundan sonra Ermənistan iqtisadiyyatı iki-üç dəfə artacaq, sülh şəraiti hökm sürəcək.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bölmələrindən biri ölkə ərazisindən keçən beynəlxalq kommunikasiya vasitələrinə nəzarət edəcək”, - Simonyan əlavə edib.

Şərhlər

dadaşyev 2023-10-28 12:02:08


Zəngəzur yolu olmazsa Orta Dəhlizin İrandan keçəcəyini,bunun İranla razılaşdırıldığını bildirdik deyə gör necə təşvişə düşüblər!Halbuki dünənə qədər "Zəngəzurdan qətiyyən olmaz,İran da buna qarşıdır" deyirdilər.Amma görüncə ki,İran Zəngəzura qarşı olsa da yolun öz ərazisindən keçməsinə razıdır,yavaş-yavaş anlamağa başlayıblar İranın niyə Zəngəzura qarşı çıxdığını.Guya yol Zəngəzurdan keçərsə ermənistanın sərhəd toxunulmazlığı pozulacaqmış ki,bu da İranın qırmızı xəttiymiş.Bəs yol İrandan keçdiyində İranın sərhəd toxunulmazlığı pozulmuş olmurmu elə isə?Gec də olsa ayılıb görüblər ki,beynəlxalq ticarət yolundan ermənistan yox özü qazansın deyə İran Zəngəzura qarşıymış.Amma gecdir daha,maşın əldən getdi.Amma alternativ yol da pis olmaz bizə,birisi nə vaxt eşşəklik eləsə yükləri o birisindən daşımaq üçün.Amma bunun üçün qoy ermənistan yalvarıb yaxarsın,indi biz özümüzü naza qoyaq.Sülh müqaviləsinə də beləcə yanaşmaq lazımdır,bağlamaq istəmirsənsə SÖKDÜR,gör ondan sonra özləri necə yalvaracaqlar!Artıq iki dəfə getməmişik görüşməyə,tamamilə düz etmişik.Bundan sonra da getmək lazım deyil.Çünki durumlar bəlli,şərtlər bəlli,imzalayacaqsa görüşək.Yox, imzalamayacaqsa,onda niyə görüşək,sizinki sizdə,bizimki bizdə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol