Menu

İsrail HƏMAS-ın daha bir rəhbərini öldürüb? - İddia

28.10.2023, 09:27
İsrail  HƏMAS-ın daha bir rəhbərini öldürüb? - İddia

İsrail ordusu Fələstinin HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı öldürdüyünü iddia edir. 

 “Kommersant”a istinadən xəbər verir ki, onun dron hücumlarına və hava hücumundan müdafiəyə cavabdeh olduğu bildirib.

“O, oktyabrın 7-də Qəzza zolağı ətrafında icmaların qırğınının planlaşdırılmasında iştirak edib. O, İsrailə daxil olan yaraqlılara rəhbərlik edib və İsrail Ordusunun postlarına pilotsuz təyyarələrin hücumuna görə məsuliyyət daşıyıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail Fələstin ərazisini bombalamağa başlayandan sonra hər gün HƏMAS liderlərini öldürdüyünü açıqlayır. Ancaq bu məlumatlar təsdiqlənmir. Ölənlər əsasən günahsız mülki insanlar və uşaqlardır.

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol