Menu

İsrail səfiri müharibəni dayandırmayacaqlarını bəyan edir

28.10.2023, 10:11
İsrail səfiri müharibəni dayandırmayacaqlarını bəyan edir

"Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir".

"Report" xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" hesabında yazıb.

O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.

Səfir hazırda HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: "Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol