Menu

Mədəndə dəhşətli partlayış – 21 nəfər ölüb, 23 şaxtaçı yerin altında qalıb

28.10.2023, 12:11
Mədəndə dəhşətli partlayış – 21 nəfər ölüb, 23 şaxtaçı yerin altında qalıb

Qazaxıstanda Kostenko mədənində baş vermiş qəza nəticəsində 21 nəfər həlak olub.

“AzPolitika.info” yerli mediaya istinadla xəbər verir ki, bu barədə Karaqanda vilayətinin administrasiyası məlumat yayıb.

Mədənin sahibi olan “ArcelorMittal Temirtau” şirkətinin ilkin məlumatına görə, qəzaya səbəb lavada metan partlaması olub.

Qəza zamanı mədəndə 252 şaxtaçı olub. Yerli vaxtla saat 12:00-a olan məlumata görə, 208 nəfər çıxarılıb, onlardan 18-nə tibbi yardım tələb olunub. 23 şaxtaçı isə yerin altında qalıb.

Partlayışla bağlı mədən işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə ibtidai istintaqa başlanılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol