Menu

Qazaxıstanda birgünlük matəm elan olunub

28.10.2023, 12:11
Qazaxıstanda birgünlük matəm elan olunub

Qazaxıstanda Karaqanda daş kömür şaxtasında baş verən qəzanın qurbanların xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub.

“Report” Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomard Tokayev sərəncam imzalayıb. O həmçinin hadiə yerinə gedib.

Xatırladaq ki, Karaqandada yerləşən daş kömür şaxtasında metan qazının partlaması zamanı baş verən yanğın indiyədək 21 işçinin meyiti aşkarlanaraq çıxarılıb, daha 23 nəfər isə orada qalıb. Hadisə zamanı şaxtada 252 nəfər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol