İsrail ordusu ötən gecə HAMAS-ın Qəzzadakı Dəniz Qüvvələrinin komandirini öldürdüyünü dəı iddia edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, HAMAS təşkilatının Qəzza regionundakı Dəniz Qüvvələrinin komandiri Ratab Əbu Tşaiban İsrail ordusunun dünən gecə həyata keçirdiyi bombardmanlar zamanı öldürülüb.
Qeyd edək ki, İsrail Fələstin ərazisini bombalamağa başlayandan sonra hər gün HƏMAS liderlərini öldürdüyünü iddia edir. Ancaq bu məlumatlar təsdiqləyən hər hansı fakt yoxdur. Ölənlər əsasən günahsız mülki insanlar və uşaqlardır.
"Azpolitika.info"


Şərhlər