Menu

Qəzzadakı qətliamda ABŞ əsgərləri də iştirak edir? - Pentaqondan açıqlama

28.10.2023, 18:39
Qəzzadakı qətliamda ABŞ əsgərləri də iştirak edir? -  Pentaqondan açıqlama

“ABŞ qüvvələri İsrail ordusunun Qəzza zolağında quru əməliyyatlarında iştirak etmir”.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Amerika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

O, İranın “Tasnim” xəbər agentliyinin İsrail ordusunun cümə günü gecə saatlarında Qəzzada başlatdığı yerüstü əməliyyatında 5 minə yaxın ABŞ əsgərinin iştirak etdiyini bildirən nəşri şərh edib.

Pentaqon rəsmisi xəbəriinkar edib: “Bu məlumat doğru deyil. Qəzzada quru əməliyyatlarında ABŞ qüvvələri iştirak etmir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol