Menu

İsrail Livanda BMT sülhməramlılarının qərargahını da raketlə vurub

28.10.2023, 22:04
İsrail Livanda BMT sülhməramlılarının qərargahını da raketlə vurub

İsrail ordusunun Livanın cənubuna atdığı raketlərdən biri  Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına düşüb.

Bu barədə UNIFIL-in rəsmi nümayəndəsi Andrea Tenenti “Telegram” kanalında məlumat verib.

“Xoşbəxtlikdən xəsarət alan olmasa da, maddi ziyan dəyib. Mavi dəbilqəlilərin komandanlığı indi insidentdə hansı tərəfin məsuliyyət daşıdığını müəyyənləşdirir”, - deyə o bildirib.

Tenenti əlavə edib ki, bu, ilk belə hal deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol