Menu

MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə jurnalistlər üçün növbəti təlim keçirilib - FOTOLAR

28.10.2023, 22:42
MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə jurnalistlər üçün növbəti təlim keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması” mövzusunda təlim keçirilib.

"AzPolitika.info" xəbər verir ki, təlimdə müxtəlif media qurumlarında çalışan 20-dən artıq jurnalist iştirak edib.

Təlimin birinci hissəsində Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "Jurnalistlərin sosial şəbəkələrdə fəaliyyəti və redakisya məsuliyyəti" mövzusunda mühazirə ilə çıxış edib. Daha sonra N. Məmmədli tərəfindən Azərbaycan təcrübəsi:"Redaksiya siyasəti və peşə davranış qaydaları" mövzusunda vörkşop keçirilib.

Təlimin ikinci hissəsində isə türkiyəli telejurnalist Ezgi Aşık "Sosial media və jurnalist", "Jurnalistin etik yanaşması" mövzularında çıxış edib. Sosial medianın imkanlarından effektiv şəkildə yararlanmaq, dezinformasiyaların qarşısını almaq, operativliyi artırmaq üçün əhəmiyyətli müzakirələr aparılıb.

Təlimin sonunda jurnalistlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimin ikinci mərhələsi 30 oktyabr tarixində baş tutacaq.

"AzPolitika.info" 



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol