"HÜCUM ZAMANI DÜŞMƏNİN PUSQUSUNA DÜŞDÜK" - Qazi Təhməzovun döyüş yolu + VİDEO

Baku TV-nin “44 gün” verilişinin yeni buraxılışı efirə gedib. Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Nəcməddin Təhməzov öz döyüş yolundan bəhs edib.

44 günlük müharibənin ilk günlərindən cəbhəyə yollanan qazi Horadiz döyüşlərindən danışıb: “Horadizin yarısını artıq geri almışdıq. Tapşırığa əsasən, həmin istiqamətdə hərəkətə keçməli idik. Hücum zamanı düşmənin pusqusuna düşdük. Bizi atəşə tutmağa başladılar. Orada çox yaralılarımız oldu”.

Qarabağ qazisi xilas olma anından da bəhs edib: “Mən hərbi texnikada olanda ermənilər mərmi atdı. Ondan sonra huşumu itirdim. 4-5 gün komada olmuşam. Gözümü Beyləqan Rayon Mərkəzi Xəstəxanasında açdım. Əməliyyatdan çıxanda elə bildim ki, yeni doğulmuşam. Zəfər xəbərini də xəstəxanada aldım. O sevinci sözlə ifadə etmək olmur”.

Daha ətraflı süjetdə:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar