Menu

İsrail girovların azad edilməsi üçün xüsusi qrup yaradıb

29.10.2023, 14:47
İsrail girovların azad edilməsi üçün xüsusi qrup yaradıb

Qəzzada dəhşətli qətliamlar törədən İsrail ordusunun sözçüsü  Daniel Hagari iddia edib ki, hərbçilər quru əməliyyatı çərçivəsində girovları evlərinə qaytarmağa çalışırlar.

"AzPolitika.info" bu barədə İsrail mətbuatına istinadla xəbər verir.

Hagari bu məqsədlə  yeni bir “müşahidə qrupu”nun orduya cəlb olunduğunu deyib.

İbranicə “tatzpitaniyot” kimi adlandırılan bu hərbçi qrupu Döyüş Kəşfiyyat Korpusuna aiddir və ölkə sərhədləri boyunca, eləcə də İordan çayının qərb sahilində fəaliyyət göstərirlər.

“Tatzipaniyot” əsgərləri bir çoxları tərəfindən "ordunun gözü" adlandırılır, çünki onlar həftənin yeddi günü, günün 24 saatı sahədə əsgərlərə real vaxt rejimində kəşfiyyat məlumatı verirlər.

Ancaq maraqlıdır ki, İsrail ordusunun "gözü"  7 oktyabrda HƏMA-ın  hücumunu görə bilməmişdi. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol