İsrail Müdafiə Ordusu ötən sutka ərzində Fələstin torpaqlarında 600 hədəfi bombalayıb.
İsrail Müdafiə Ordusu onların sursat anbarları, sığınacaqları, habelə tank əleyhinə mövqelər olduğunu iddia edib. Ancaq müstəqil mənbələr əsasəb mülki obyektlərin bombalandığını bildirir.
Bildirilib ki, İsrail ordusu oktyabrın 30-da gecə saatlarında Qəzza zolağında quru əməliyyatlarını genişləndirməyə davam edib.
Məlumata görə, İsrail hərbçiləri dünən yenə onlarla fələstinlini öldürüb.
Məlumata əsasən, İsrail ordusunun döyüş təyyarəsinin qruplaşmanın nəzarəti altında olan binanı bombalaması nəticəsində 20-dən çox fələstinli həlak olub.
"AzPolitika.info"


Şərhlər