Menu

Gələn il Azərbaycanda orta aylıq pensiya 435 manat olacaq

30.10.2023, 10:19
Gələn il Azərbaycanda orta aylıq pensiya 435 manat olacaq

Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır.

“Report”un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.

Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır.

Şərhlər

Roma 2023-10-30 11:01:27

Minimum 280, orta aylıq pensiya 435 olacaq gələn ildən...Aydınıdır biri 3-5 min alır bir çoxu 3-4 yüz arası və orta aylıq da olur 435 manat....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol