Azərbaycanda gələn il minimum pensiya 280 manat olacaq.
“Report”un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, ancaq bu il 280 manat minimum pensiya alanlar 2024-cü il yanvarın 1-dən indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.
Xatırladaq ki, bu il də minimum pensiya məbləği 280 manatdır.


Şərhlər
Gözünüz aydın,ay pensiyaçı qardaş və bacılar.Nəhayət bəxt üzünüzə güldü.Gələn ildən belə qəşəng pensiya ilə yaşamağın dadını necə lazımdısa çıxaracaqsınız.Nə istəsəniz alacaqsınız,yeyəcəksiniz-içəcəksiniz,geyəcəksiniz.Hələ hər ayın pensiyasından gələcək günlərə də nəsə yığa biləcəksiniz.Adamın lap paxıllığı tutur vallah,bu qədər yüksək məbləği görəndə hamı istəyir pensioner olsun.Avropadan,Amerikadan həsrətlə baxıb deyirlər dünyaya bir dəfə gəldik,adam kimi yaşayammadıq,kaş biz də Azərbaycan pensioneri olaydıq,heç olmasa qocalıb əldən düşəndə adam kimi yaşayaydıq.Belə pensiyayla nələr eləmək olar,nələr!Dağı dağ üstünə qoymaq olar mən ölüm.