“Ermənistanda hələ də korrupsiya yolu ilə bəzi məsələləri həll etmək olur. Ancaq hakimiyyət bununla prinsipial mübarizə yolundan çəkilən deyil”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.
Paşinyan bidlirib ki, korrupsiyanın aktivləşməsi Ermənistanın makroiqtisadi stabilliyi üçün ciddi təhlükələrdən biridir. Baş nazir qeyd edib ki, rüşvət hakimiyyətin müxtəlif səviyyələrində bəzi məsələlərdə hələ də müşahidə olunur. Bununla yanaşı, korrupsiya Ermənistanın milli təhlükəsizliyinə xələl gətirən əməldir və hökumət nə əvvəlki, nə də indiki hakimiyyət təmsilçilərinə bu məsələdə güzəştə getmək fikrində deyil.
“AzPolitika.info”


Şərhlər
Əh,qadam ağzuva!Söz danışdın da.A bala,imperator Neron qışda çexski pivə içib,çünki çex pivəqayıranlarına əlaltından rüşvət verib ki,onun üçün pivəni osobı qayırsınlar.Nə Romadan dəm vurursan ay yazıq,Harda qaldı bizim Xırdalanla Zığ?