Menu

Berlin Rusiya qazına alternativ tapıb - Şoltsdan açıqlama

30.10.2023, 13:10
Berlin Rusiya qazına alternativ tapıb - Şoltsdan açıqlama

Almaniya kansleri Olaf Şolts ölkəsinin Nigeriyadan təbii qaz idxal etməyə çalışdığını bildirib.

"AzPolitika,info" Qərb mediasına istinadən yazır ki, Şolts bu barədə bazar günü Berlindən Qərbi Afrikaya yola düşərkən dərc olunan müsahibəsində danışıb.

"Nigeriya Afrikada ən böyük qaz ehtiyatlarına malikdi. Alman şirkətləri Nigeriyadan qaz tədarükü ilə maraqlanır və Nigeriyanın qaz şirkətləri ilə əməkdaşlıq etməyə ümid edirlər", - Şolts Nigeriyanın «The Punch» qəzetinə deyib.

Almaniya hazırda Nigeriyadan böyük miqdarda xam neft idxal edir, lakin qaz idxal etmir.

Kansler ölkəsinin beynəlxalq əlaqələrini genişləndirmək və şaxələndirmək, ayrı-ayrı dövlətlərdən asılılığı azaltmaq üçün daha çox diqqəti Afrikaya ayırmağa qərar verib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol