Menu

“Qlobal idarəetmə sistemi dəyişilməlidir” - Cevdet Yılmaz

30.10.2023, 14:34
“Qlobal idarəetmə sistemi dəyişilməlidir” - Cevdet Yılmaz

“Qlobal idarəetmə sistemi dəyişilməlidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz oktyabrın 30-da Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bu istiqamətdə səylərini davam etdirir: “Hazırda dünyada baş verən hadisələr, o cümlədən toqquşmalar da göstərir ki, hazırkı beynəlxalq sistem bizim üçün arzuolunan deyil. Reformlara ehtiyac var”.

C.Yılmaz, həmçinin BMT-ni tənqid edib: “Biz dəyişiklik uğrunda səylərimizi davam etdirəcəyik. Balkanlarda, Qafqazda və digər regionlardakı dövlətlərlə birlikdə inkişaf etməyə davam edəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol