Menu

Odessada gəmi təmiri zavodu vuruldu

30.10.2023, 16:10
Odessada gəmi təmiri zavodu vuruldu

Oktyabrın 30-da səhər saatlarında Rusiya hərbçiləri Odessa vilayətində gəmi təmiri zavodunu raketlərlə atəşə tutub.

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, bu haqda Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

“Səhər rus terrorçuları Odessa vilayətinə raketlərlə hücum etdilər. Düşmənin hədəfi gəmi təmiri zavodu idi. Zərbələr nəticəsində yanğın baş verib, yanğın xilasedicilər tərəfindən tez bir zamanda söndürülüb. Müəssisənin inzibati binasına və avadanlıqlarına ziyan dəyib”, — deyə Kiper qeyd edib.

Raketlər inzibati bina və avadanlıqlara ziyan vurub, həmçinin, iki nəfər yaralanıb. Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol