İsrailin 300-ə yaxın iqtisadçısı Baş nazir Benyamin Netanyahu və maliyyə nazirini müharibə dövründə yaxınlaşan iqtisadi böhranın öhdəsindən gəlmək üçün bütün vacib olmayan xərcləri dərhal dövlət büdcəsindən çıxarmağa çağırıb.
“AzPolitika.info” bu barədə «Times of Israel» nəşrinə istinadla xəbər verir. Onlar məktubda xəbərdarlıq ediblər: “Siz İsrail iqtisadiyyatının üzləşdiyi iqtisadi böhranın miqyasını başa düşmürsünüz. Mövcud davranışın davam etdirilməsi İsrail iqtisadiyyatına ziyan vurur, vətəndaşların hökumət sisteminə inamını sarsıdır və İsrail dövlətinin düşdüyü vəziyyətdən çıxma qabiliyyətini sarsıdır”.
Məktubda onlar milli prioritetlərin əsaslı şəkildə dəyişdirilməsini və vəsaitlərin müharibə zamanı dəymiş zərərin aradan qaldırılması, qurbanlara yardım və iqtisadiyyatın bərpası üçün yönləndirilməsini tələb edirlər.
“Eyni zamanda, 2024-cü ilin büdcəsi müharibə işığında bütün iqtisadiyyatın ehtiyaclarını əks etdirən prioritetlər əsasında yenilənməlidir”, deyə məktubda vurğulayırlar.
Rüfət
AzPolitika.info


Şərhlər