HƏMAS-ın 7 oktyabr hücumu ilə bağlı hələ 7 il əvvəl İsrail hökumətinə o dövrün müdafiə naziri xəbərdarlıq etmişdi.
“AzPolitika.info” “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, bunu jurnalistlərin əlində olan sənəddən çıxarışlar sübut edir.
2016-cı ildə İsrailin o zamankı müdafiə naziri Aviqdor Liberman HƏMAS-ın sərhədi keçmək, İsrailin cənubundakı icmaları ələ keçirmək, qırğınlar törətmək və girov götürmək planlarına dair xəbərdarlıq edən 11 səhifəlik sənəd hazırlamışdı.
Sənəddə Liberman terrorçuların planlarını ətraflı təsvir edib və oktyabrın 7-də baş verənləri dəqiq proqnozlaşdırıb. Nəticə etibarı ilə İsrail rəsmiləri bir neçə ildir ki, HƏMAS-ın belə bir hücumunun mümkünlüyündən xəbərdar olsalar da, görünür, bu xəbərdarlıqları kifayət qədər ciddiyə almayıblar.
“Həmas Qəzza sərhədində bir İsrail icmasını (və ya hətta bir neçə icmanı) ələ keçirməyə və girovlar götürməyə cəhd etmək üçün İsrailə çox sayda yüksək təlim keçmiş qüvvələri (məsələn, “Nuxba” komandoları) göndərməklə münaqişəni İsrailə daşımaq niyyətindədir”, - deyə Liberman “Tam məxfi” olaraq təsnif edilən bir sənəddə yazıb.
Sabiq nazir qeyd edib ki, “insanlara dəyən fiziki zərərlə yanaşı, İsrailə ciddi mənəvi ziyan dəyəcək”.
Liberman sənədi 2016-cı ilin dekabrında Baş nazir Benyamin Netanyahuya verdiyini etiraf edib.
Keçmiş müdafiə naziri deyir ki, bu sənəd təkcə Netanyahu tərəfindən deyil, həm də kəşfiyyat rəhbərləri tərəfindən “həyasızlıqla nəzərə alınmayıb”.
Rüfət
AzPolitika.info


Şərhlər