Menu

Hakan Fidan Aİ səfirləri ilə Cənubi Qafqazı müzakirə edib

30.10.2023, 18:50
Hakan Fidan Aİ səfirləri ilə Cənubi Qafqazı müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Aİ nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və Avropa İttifaqına üzv ölkələrin Türkiyədəki səfirlərini qəbul edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dəki diplomatik mənbə bildirib.

Qeyd olunub ki, görüş zamanı Cənubi Qafqaz, Orta Asiya və Ukraynadakı müharibə kimi aktual məsələlər də gündəmə gətirilib.

Bundan əlavə, tərəflər İsrail-Fələstin münaqişəsini də müzakirə ediblər.

H. Fidan Qəzzada baş verən hadisələrə dair mülki əhalini hədəf alan hücumların qəbuledilməz və dərhal dayandırılmalı olduğunu vurğulayıb.

O, münaqişənin regional səviyyəyə çatmasının qarşısının alınmasının da lazım olduğunu əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol