Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.
“Report”un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər.
Bıçaqlanan Pakistan vətəndaşlarından biri ölüb.
O, hadisə yerində aldığı bıçaq xəsarətlərindən keçinib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər