Menu

APA TV-nin uğursuzluğunun məsuliyyəti Eldəniz Vəliyevin üzərinə qoyuldu

06.09.2013, 18:09
APA TV-nin uğursuzluğunun məsuliyyəti Eldəniz Vəliyevin üzərinə qoyuldu

Tanınmış telejurnalist işdən çıxarıldı

“APA-Holdinq” MMC-yə daxil olan APA TV-yə yeni baş direktor təyin edilib. APA-nın məlumatına görə, bu vəzifəyə Vüqar Məsimoğlu (Hüseynov) təyinat alıb.

V. Məsimoğlu bu gündən vəzifəsinin icrasına başlayıb.

Bundan əvvəl o, APA İnformasiya Agentliyində baş redaktor və “APA-Holding”in birinci vitse-prezidenti vəzifələrində çalışıb.

V.Məsimoğlu hazırki vəzifəsində tanınmış telejurnalist Eldəniz Vəliyevi əvəz edib. E.Vəliyevin hansı səbəbdən vəzifəsindən uzaqlaşdırıldığı məlum deyil.

Amma APA-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, Eldəniz Vəliyevin vəzifəsindən uzaqlaşdırılması onun qarşısına qoyulan vəzifəni yerinə yetirə bilməməsi ilə bağlıdır.

Qeyd edək ki, APA TV-nin fəaliyyətə başlamasından bir neçə ay keçsə də, bu layihənin uğurlu alındığını söyləmək mümkün deyil. Xeyli tanınmış jurnalistin cəlb olunduğu və kifayət qədər böyük büdcəsi olan bu layihə demək olar ki, iflasa uğrayıb. Bu baxımdan TV-nin rəhbərliyində dəyişikliyin olması müəyyən qədər təbiidir.

Bununla belə uğursuzluğun məsuliyyətini tam çəkildə Eldəniz Vəliyevin üzərinə qoymaq insafsızlıq olardı. Problem azadlığın olmamasındadır.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol