Menu

Ermənistan müdafiə xərclərini kəskin artırır – Paşinyan Rusiyaya alternativlər axtarır

31.10.2023, 12:50
Ermənistan müdafiə xərclərini kəskin artırır – Paşinyan Rusiyaya alternativlər axtarır

“Ermənistanın 2024-cü ildə müdafiə xərclərinin 2018-ci illə müqayisədə 125% və ya 309 milyard dram artırılması planlaşdırılır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Baş nazir qeyd edib ki, müdafiə xərclərinin artım dinamikası Ermənistan hökumətinin əvvəllər elan etdiyi sülh gündəliyinə heç bir şəkildə zidd deyil. Onun sözlərinə görə, respublika üçün müdafiə xərcləri əhəmiyyətli və əsasdır. “Ordumuzda islahatların aparılması bizim üçün mühüm əhəmiyyət kəsb edir”, - hökumət başçısı vurğulayıb.

O qeyd edib ki, döyüşə hazır Silahlı Qüvvələrin mövcudluğu hər bir dövlətin qanuni hüququ və məcburi atributudur. "Biz bu istiqamətdə irəliləyirik. Təbii ki, istədiyimiz tempdə olmasa da, bunun kifayət qədər obyektiv və subyektiv səbəbləri var. Buna baxmayaraq, qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti əvvəl elan etdiyi kursu artıq həyata keçirir. Xüsusilə, təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndirmək üçün addımlar atılır”, - deyə Baş nazir yekunlaşdırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol