Menu

ABŞ-dan İsrailə 14 milyardlıq yardım paketi – Ağ evin sözçüsü etiraz etdi

31.10.2023, 13:34
ABŞ-dan İsrailə 14 milyardlıq yardım paketi – Ağ evin sözçüsü etiraz etdi

İsrailə 14,3 milyard dollarlıq yardım paketini ehtiva edən qanun layihəsi Respublikaçılar tərəfindən ABŞ Nümayəndələr Palatasına təqdim edilib.

“AzPolitika.info” xəbər verir ki, sözügedən qanun layihəsinə əsasən, İsrailin “Dəmir günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemləri üçün 4 milyard dollar, “Dəmir şüa” hava hücumundan müdafiə sistemi üçün isə 1,2 milyard dollar ayrılması nəzərdə tutulur.

Qanun layihəsinin bu gün Nümayəndələr Palatasının alt komitəsində müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək I, Ağ Evin sözçüsü Karine Jean-Pierre yazılı açıqlamasında bu qanun layihəsini tənqid edib.

O, bu təklifin Ağ Evin büdcə layihəsinə ziyan vurduğunu deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol