Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək bütün şəxslərin çəkməli olduğu karantin müddəti beş günə endirilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Svoboda.org” portalı yazıb.
Məlumata görə, Putinlə görüşən şəxslər 2020-ci ildən, yəni pandemiyanın başlanğıcından bəri karantində saxlanılırlar.
İlk başlarda təcrid müddəti iki həftə idisə, bu yay həmin müddət bir həftəyə qədər endirilib.
Qeyd olunur ki, Putinlə təkbətək görüş hazırlanırsa və ya şəxsin prezidentlə yaxın məsafədən təmasda olması planlaşdırılırsa, məsələn, yanında oturmaq, əl sıxmaq və s. onlar COVID-19, qrip və QRVİ üçün testlərdən keçməli, izolyasiyaya riayət etməlidirlər.
Mənbə bildiri ki, Putinlə birbaşa əlaqə yoxdursa, testlərdən keçmək kifayətdir.
Bildirilir ki, nə Ukraynanın işğalı, nə Prezidentin COVID-19-a qarşı peyvəndi, nə də pandemiyanın yumşaldılması Vladimir Putinlə təmasda olanlar üçün karantini aradan qaldırmadı.
Bu, Rusiya Prezidentinin ictimai görüşlərinin foto və videolarından aydın görünür. Məsələn, Putinin hökumətlə bütün görüşləri videobağlantı vasitəsilə keçirilir, çünki hökumətin bütün üzvlərini hətta bir neçə gün təcrid etmək onların işini iflic edir.

Putinin xəstələnməsinin qarşısını almaq üçün təhlükəsizlik qrupu tədbir iştirakçılarının oturduğu stulların birinci sırası ilə Putinin danışdığı səhnə arasındakı məsafəni artırırlar. Məsələn, bu yaxınlarda Valday Forumunda və “Rusiya – İdman Gücü” forumunda belə idi. Dünən Kremldə Dağıstanda antisemitizm aksiyası ilə bağlı iclasda Təhlükəsizlik Şurası və hökumət üzvləri Putindən bir neçə metr aralıda əyləşiblər. Bu, Kremldən yayılan rəsmi videolarda da aydın görünür.
İyunun sonunda Putin Dərbənddəki görüşdən sonra küçəyə çıxıb və əsasən qadın və uşaqlardan ibarət bir neçə qrupa yaxınlaşıb. Bəziləri ilə əl sıxıb, bir qızın isə yanağından öpüb. Bundan sonra orada prezident yox, onun dublyor olması ilə bağlı versiyalar yayılıb.
Kreml tərəfindən karantinin yumşaldılması Putinin prezidentlik kampaniyasının qeyri-rəsmi başlaması ilə əlaqələndirilə bilər.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir. Onun tarixi hələ təyin edilməyib. Putinin daha bir müddətə namizəd olub-olmayacağını hələ təsdiqlənməyib. Digər mümkün namizədlər də niyyətlərini açıqlamayıblar.
“AzPolitika.info”


Şərhlər