Menu

Polşa-Ukrayna sərhədi bağlana bilər – Kiyev işə Avropa Komissiyasının qarışmasını tələb edir

31.10.2023, 15:12
Polşa-Ukrayna sərhədi bağlana bilər – Kiyev işə Avropa Komissiyasının qarışmasını tələb edir

Polşa Ukrayna ilə sərhədi bağlaya bilər.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, sərhədin bağlanması təhlükəsi ilə əlaqədar İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi Polşa və Avropa Komissiyası ilə Ukrayna-Polşa keçid məntəqələrinin tutumuna dair memorandumların icrasını müzakirə etmək niyyətindədir.

Nazir müavini Sergey Derkaç sözügedən məsələ ilə bağlı bunları deyib: “Biz Polşa daşıyıcıları tərəfindən buraxılış məntəqələrinin mümkün bloklanması barədə bildiriş almışıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu cür zərbələr və bloklamalar hamıya zərər verir. Həm Ukrayna, həm də Polşa daşıyıcıları bundan zərər görür”.

O, qeyd edib ki, Ukrayna tammiqyaslı müharibə şəraitində daimi dəstəyə görə, Polşa xalqına minnətdardır və hər iki ölkənin daşıyıcılarının maraqlarının bərabər şəkildə təmsil olunacağı dialoqa hazırdır.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol