Menu

"AZƏRPOÇT"-un SƏDRİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni vəzifəyə təyin olundu

31.10.2023, 19:10
"AZƏRPOÇT"-un SƏDRİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni vəzifəyə təyin olundu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri Əfqan Cəlilov vəzifəsindən azad edilib.

O, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

Ə.Cəlilova müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə edilib. Qurumdan "Report"a faktı təsdiq ediblər.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.

Şərhlər

Rabitəçi. 2023-10-31 20:51:51

Heyf getdi,bu adam yeganə rəhbər idiki,filal rəislərinə poçtlardan yığılan rüşvəti kəsmişdi,üstəlik işə götürulən işçilərdən rüşvət alınmırdı,doğurdanda buna 70-80%- iz nail olmuşdu,filar rəisləri onun qorxusundan poçt müdirlərindən rüşvət almırdılar,indi o,getdi,yazığ poçt işçilərini yenədə sıxma-boğmağa başlayacaqlar yəqin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol