Daxili İşlər Nazirliyi sabiq xarici işlər naziri Tofiq Zülfürqarovun Lənkəran İcra Hakimiyyəti və Polis İdarəsinə qarşı tənqidlərinə cavab verib.
Xatırladırıq ki, sabiq nazir bugünlərdə Lənkərana səfər etdiyini, bu şəhərin küçələrində natəmizlik və dilənçiliyin tüğyan etdiyini bildirib və buna görə rayon rəhbərliyini, polisi günahlandırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan mövzuyla bağlı bildirilib ki, Lənkəranda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri görülür. “Təkcə cari ilin 9 ayı ərazində bu istiqamətdə aparılan əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər nəticəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 192 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Onlardan 60 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Antinarkotik təbliğatı çərçivəsində polis əməkdaşları tərəfindən təhsil müəssisələri, gənclər və əmək kollektivlərində maarifləndirici görüşlər təşkil edilir.
Bundan əlavə ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsinə qarşı, həmçinin avaralıq və dilənçiliklə məşğul olan şəxslərlə bağlı mütəmadi profilaktiki tədbirlər həyata keçirilir və aşkarlanan hallarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülür”.
“AzPolitika.info”


Şərhlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, siz hansı təcili tədbirləri görürsünüz ki,
kasıb insanlar dilənçiliklə məşğul olmasın ?????
Tofiq Zülfüqarov sıradan biri deyil, reket bloger deyil, müxalifətçi deyil, boş-boş, xırda işlərlə məşğul olan heç deyil. Görün nə vəziyyətdir ki, dözə bilməyib danışıb. Hətta mən təəccübləndim də. İndi DİN-nin belə bəyanatı heç nəyə yaramır. Mübarizə aparılıbsa deməli pis aparılıb, yarıtmaz olub, kifayət etməyib. O dəqiqə rəisi müdafiə etmək üçün belə inkar dolu bəyanat heç kimə hörmət gətirmir, inamı itirir.
Nazirin iradlari tamamilə duzgundur.Narkomaniya gənc ovladlarimizi məhv edir..