Menu

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Tbilisidə imzalanmasını istəyirik" - Samxaradze

01.11.2023, 10:10
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Tbilisidə imzalanmasını istəyirik" - Samxaradze

Gürcüstan 3+3 formatında iştirak etməyərək Qafqazdaxili məsələlərin həllində iştirakını dayandırmayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkənin ictimai telekanalının efirində belə deyib.

"Əksinə, biz Tbilisinin (Azərbaycan və Ermənistan arasında - red.) böyük sülh müqaviləsinin imzalanacağı yer olmasını istəyirik”, - deyə Nikoloz Samxaradze əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol