Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.
Hadisə oktyabrın 30-da Nəsimi rayon Ağadadaş Qurbanov küçəsi 21 ünvanında baş verib.
Belə ki, həmin gün saat 23:00 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə nəticəsində qonşuları - Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgeyevna və qızı 1987-ci il təvəllüdlü Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla xəsarətlər yetirmiş və həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 09:00 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.


Şərhlər
Kəndlərdə həyətyanı sahələri ayırmaq üçün yerə PAYA basdırır, PAYAya kol-kos keçirirdilər. Qonşuya müdaxilə edəni də PAYAya keçirmək lazımdır.
Vallah,bu yaşımacan Bakıda qıza gəlinə,65 yaşlı ağbirçəyə yumruq atan kişi nə görmüşəm,nə eşitmişəm.Heç Sayruz deyə ada da rast gəlməmişəm.Əlqəmə,Sayruz,Südiyef,Səyləqul,Minbahar,Filami filan kimi adlara son otuz ildə rast gəlmişik.Yeni adlar özləriylə bu cür yeni əcaib “adət”lər də gətirmiş olub bir zamanların füsunkar,son dərəcə mədəni və sadəliyi ilə gözəl olan Bakımıza.Heyf!O Bakı xatirələrdə qaldı.