Bu gün Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumuda qalmaqal baş verib.
Tədbir iştirakçılarının birindən “AzPolitika.info”ya daxil olan məlumata görə, millət vəkilləri “Gülüstan” sarayında baş tutan tədbiri yarımçıq tərk ediblər. Təşkilatçılar onlardan zala qayıtmağı xahiş etsələr də, deputatlar imtina edərək Forumdan ayrılıblar.
Mənbə bildirib ki, buna tədbirdə Milli Məclis üzvlərinə qarşı yol verilən açıq hörmətsizlik səbəb olub. Belə ki, dəvət olunan 10-a yaxın millət vəkili zalda rəsmi şəxslər üçün nəzərdə tutulmuş yerdə əyləşdirilməyib. Elm və təhsil naziri Emin Əmrullayev forum iştirakçılarını salamlayarkən rəsmi şəxslərin adlarını çəksə də millət vəkillərinin də tədbirdə iştirak etdiyini xatırlatmağı “unudub”. Onun çıxışından dərhal sonra deputatlar forumdan yarımçıq çıxmağa qərar veriblər.
Maraqlı məlumatan biri də odur ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və müavini Musa Qasımlı Təhsilin İnkişafı Forumunda gözə dəyməyiblər. Mənbə onların tədbirə dəvət olunmadıqlarını istisna etmir.
Xatırladaq ki, millət vəkili, təhsil eksperti Etibar Əliyev mətbuata müsahibələrinin birində Elm və Təhsil nazirinin deputatlara qarşı allergiyasının olduğunu demişdi...
“AzPolitika.info”

Şərhlər
Təhsildə bazar iqtisadiyyatı yaramaz! Azərbaycanın gəlirləri imkan verir ki,bu sahədə pullu təhsil olmasınMsələ təhsilin keyfiyyətindən gedirsə bu zaman müəllimlrin məsuliyyət hissinin artırılması,Pedaqoji universitetlərdə kadr hazırlığın xüsusi diqqər verilməlidir.Sonuncu isə tədris proqramları isə orta mənimsəmə inəzərə alınaraq tərtib ediməlidir.Orta təhsildə pullu özl təhsil yığışdırılmaıdırş Repititorluğa ehtiyac qalmayan dərəcəd təhsilin səviyyəsinə diqqət verilməlidir.
Tədris,sasən orta məkrəblərdə olduqca lazımsız.uşaqların anlaması zor materiallarla doldurulmuş proqramlarla korlanıb.Bu sahəyə cddi diqqət ayrılmalıdır.Uşaqlar sadəcə əzbərləyir,səhəri yaddan çıxır və yararsız olur.Proqram safə dildə, yaş senzinə uyğun ,uşaqarın mənimsəmə qabiliyyətinə uyğun olmalıdır.Bu sahə bu gün anlaşılan bilən səviyyədən uzaqdır.
Pulla seçilen adamlar. Sizi boyunlarına alacaqdilar?. Kim edibse duz edib. Əhsən
Deputatların tərəfini tutmaq istəmirəm. Amma bu təhsil naziri təyin olunandan demək olar ki, bütün addımları normal təssürat yaratmır və qalmaqalları ard-arda gəlir. Özüdə nazirin heç vecinə də deyil, davam edir.
Bu nazirin etdiyi yeganə düz işdir.....
Xalqın güzəranını yaxşılaşdırmaq üçün can yandıran deputatların üstünə sevgiylə cumar xalq.Forumdakılar isə görüncə ki bunların gəlişi heç kimin vecinə olmadı,odur ki inananmayıblar deputat olduqlarına,ona görə üzlərinə baxmayıblar,adlarını da çəkməyiblər.Hətta guya qapıdan boylanan bir xanım deyib ki,”Unudulan deputatlar budur?”Yazıçıdan artıq yazıçı olub mədhiyyə edənlər deyiblər,”Unudulmayan deputatlar budur”.Boylanan xanım deyib “Bunlar burada qalacaqlar?” Yazıçıdan artıq yazıçı olan mədhiyyəçilər deyiblər “Bəli,burada qalacaqlar”.Boylanan xanım deyib “Bizim forumda?” Yazıçıdan artıq yazıçı olub mədhiyyə edənlər deyiblər: “Bizim Məclisdə”.
Elbetdeki Azerbaycan realliginda deputadlarda