Menu

"Avropa İttifaqı Qəzzada atəşkəs istəmir" - Türkiyə XİN rəhbəri

01.11.2023, 15:11
"Avropa İttifaqı Qəzzada atəşkəs istəmir" - Türkiyə XİN rəhbəri

Avropa İttifaqı sərgilədiyi mövqe ilə Qəzzada atəşkəsin təmin edilməsini istəmir.

APA-nın Türkiyə bürosunum xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Aİ, həmçinin Qəzzaya humanitar yardımların çatdırılmasına dair də sərt mövqeləri qəbul etmir:

”Onların ABŞ-la birlikdə tutduqları mövqe, İsrailin onun istədiyi şəkildə hərbi əməliyyatları davam etməsidir. Bu həm öz cəmiyyətləri, həm də bölgədə ciddi böhrana yol açır… Bizim bəzi təkliflərimiz var və dostlarımızla bunları müzakirə edirik. Bu məsələdə daimi həll lazımdır. İsrail və Qərb bir şeyi qəbul etməlidir, fələstinliləri də qane edəcək bir həll olmalıdır. Əks halda, zorakılıq bölgədə artmağa davam edəcək”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol