Menu

Kremllə “Yukos” arasında 50 milyard dollarlıq çəkişmə - London məhkəməsi Rusiya əleyhinə qərar verdi

01.11.2023, 18:32
Kremllə “Yukos” arasında 50 milyard dollarlıq çəkişmə - London məhkəməsi Rusiya əleyhinə qərar verdi

“Rusiya “Yukos”-un keçmiş səhmdarları ilə 50 milyard dollardan çox təzminat tələbi ilə bağlı hüquqi mübahisədə dövlətin toxunulmazlığından istifadə edə bilməz".

“AzPolitika.info” “Ruters” agentliyinə istinadla xəbər verir ki, bu hökm London Ali Məhkəməsi tərəfindən çərşənbə günü çıxarılıb.

Hakim Sarah Cockerill keçmiş “Yukos” səhmdarları “Yukos Universal”, “Hulley Enterprises” və “Veteran Petroleum”-laəlaqəli şirkətlərin xeyrinə qərar çıxarıb. O, qərarı Rusiyanın əvvəllər mübahisəni Haaqadakı beynəlxalq arbitraja təqdim etməyə razı olması ilə əsaslandırıb.

“Yukos”un keçmiş səhmdarları 2000-ci illərin ortalarında şirkətin rəhbəri Mixail Xodorkovskinin həbsindən və mühakimə olunmasından sonra şirkətin faktiki milliləşdirilməsinə görə Rusiya hakimiyyətindən təzminat tələb edirlər. Xatırladaq ki, daha sonra bu şirkətin aktivlərinin böyük hissəsi dövlət “Rosneft”ə verilib. “Yukos”un keçmiş səhmdarları Daimi Arbitraj Məhkəməsinə - Haaqa Beynəlxalq Arbitrajına müraciət edərək vəsaitləri geri qaytarmağa çalışıblar.

2014-cü ildə Haaqa arbitraj məhkəməsi Moskvanın səhmdarlara rekord məbləğdə - 50 milyard dollar ödəməsini hökm etdi və Rusiya dövlətini “Yukosu”un iflasına səbəb olan hərəkətlərə görə beynəlxalq öhdəlikləri pozmaqda təqsirləndirdi. Rusiya daha sonra yeddi il ərzində Hollandiya məhkəmələrində bu hökmə etiraz etməyə çalışdı. Bu arada, faizlər nəzərə alınmaqla, məbləğ indi demək olar ki, 60 milyarda çatıb.

2021-ci ilin sonunda Niderlandın Ali Məhkəməsi Rusiyanın “Yukos” neft şirkətinin keçmiş səhmdarlarına 50 milyard dollar təzminat ödəməsi ilə bağlı qərarı ləğv edib. İş yenidən baxılması üçün Amsterdam məhkəməsinə göndərilib.

Ali Məhkəmənin qərarında aşağı instansiya məhkəməsinin qərarının ləğv edilməsi prosessual məsələlərlə əlaqələndirilib. Qeyd olunub ki, Rusiyanın beynəlxalq öhdəliklərinin Haaqa məhkəməsində yanlış təfsir olunduğuna dair arqumentləri, Moskvanın Hollandiya məhkəmələrinin bu məsələdə yurisdiksiyaya malik olmaması ilə bağlı mövqeyi əsassızdır.

“Yukos”un keçmiş səhmdarları London məhkəməsinə müraciət edərək, Hollandiya məhkəmələrinin qərarı təsdiqləyəcəyi halda Rusiyanın Böyük Britaniyadakı aktivlərinə həbs qoyulmasını tələb edəcəklər. Bununla yanaşı, Moskva açıq şəkildə bildirir ki, məhkəmənin qərarının nə olacağından asılı olmayaraq pul ödəməyi planlaşdırmır. 2020-ci ilin dekabrında Rusiya Konstitusiya Məhkəməsi faktiki olaraq ölkənin bu pulu ödəməli olmadığına dair qərar verib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol