Menu

Bakıda 15 yaşlı qız itkin düşüb

02.11.2023, 09:28
Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb.

"Report"un məlumatına görə, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evdə yaşayan Leyla Əbilova Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə onunla eyni ünvanda yaşayan qızı - 2008-ci il təvəllüdlü Aynur Əbilovanın yaşadıqları evdən gedərək geri qayıtmadığını və sonuncudan xəbər ala bilmədiklərini bildirib.

Faktla bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol