Menu

Yeni spikerdən Ukraynaya dəstək - Conson mövqeyini açıqladı

02.11.2023, 10:39
Yeni spikerdən Ukraynaya dəstək - Conson mövqeyini açıqladı

Məlum olduğu kimi, ABŞ Nümayəndələr Palatasının yeni seçilmiş respublikaçı spikeri Mayk Consonun Ukraynaya yardımla bağlı mövqeyi həm Vaşinqtonda, həm də Kiyevdə ciddi müzakirə predmetinə çevrilmişdi. 

Çoxları qatı Tramp tərəfdarı kimi tanınan Consonun Ukraynaya yardım paketlərini əngəlləyəcəyini düşünürdü. Lakin belə görünür ki, pessimist proqnozlar özünü doğrultmur.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin “Politico” nəşri M.Consonun Ukraynaya maliyyə yardımını dəstəkləyəcəyini yazıb. Belə ki, Conson Senatda respublikaçı konqresmenlərlə söhbəti zamanı Ukrayna ordusuna hərbi yardımı dəstəkləyəcəyini bildirib. Lakin bununla yanaşı o, həmin yardımın İsrailə yardımla eyni paketə salınmasının əleyhinədir. Conson həmçinin, deyib ki, Ukraynaya maliyyə yardımı ABŞ sərhədlərinin qorunması qədər vacibdir.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol